Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müsəlmanlar dünyanın ən gözəl şəhərində ilk məscidin açılışını etdi...-FOTOLAR






“Dünyanın ən gözəl şəhəri” adlandırılan Yeni Zelandiyanın Kvinstaun şəhərindəki müsəlmanlar illərlə hazırlıq və vəsait toplama səylərindən sonra ilk məscidlərinin açılışını qeyd ediblər.


Yerli İslam Mərkəzinin sədri Məhəmməd Nadhim "Müsəlman icmasının, nəhayət, ibadət etmək üçün bir məkana sahib olmasından çox xoşbəxtik. İndiyə qədər ictimai yerləri icarəyə götürürdük və bəzən Vakatip gölü sahilində namaz qılırdıq"- deyə bildirib. 

"Binanın açarlarını aldıq və ilk namazımızı bu gecə məsciddə qıldıq" – M.Nadhim sevinc içində bəyan edib. 

Müsəlman icması 2019-cu ilin martında şəhərdəki ilk məscidin inşası üçün vəsait toplamağa başlayıb. Müsəlmanlar məscidin ümumi dəyərinin 10% -ni, yəni 430.000 dollar ödəyiblər,  məbləğin qalan hissəsi isə 2021-ci ilin dekabrına qədər ödənilməlidir. 

Kvinstaun  bələdiyyə başçısı Jim Boult bölgənin öz məscidinə sahib olmasından sevindiyini ifadə edib. 

Qeyd edilir ki, bu Yeni Zelandiya şəhərinə ən yaxın müsəlman ibadətgahı  təxminən 200 km uzaqlıqda – İnverkargil şəhərindədir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də