
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti (IOC) Tomas Bax koronavirusa yoluxub.
69 yaşlı Tomas Baxın COVID-19 testinin nəticəsi müsbət çıxıb.
O, bu səbəbdən İsveçrənin Lozanna şəhərində Beynəlxalq Federasiya Forumunun (İF Forum) açılışına onlayn formada qatılacaq.
Qeyd edək ki, Tomas Bax 2013-cü ildən IOC-un prezidentidir.