Rusiyada Ukrayna müharibəsində həlak olmuş əsgərlərin analarına qeyri-adi hədiyyələr verilib.
Bu barədə "Dojd" telekanalı məlumat yayıb.
Bildirilib ki, Kursk vilayətinin rəhbərliyi bu addımı analar günü ilə bağlı atıb.
“Analar gününün qeyd olunması ərəfəsində Lqovski rayonunun rəhbəri Sergey Korostelev xüsusi hərbi əməliyyatda iştirak edərkən öldürülmüş hərbçilərin anaları ilə görüşüb”, - Kursk vilayət administrasiyasının açıqlamasında deyilir.
Qeyd olunub ki, Lqovski rayonunun rəhbəri tortdan əlavə, ölənlərin analarına dəsmal dəsti də hədiyyə edib.