Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Bu barədə Lukaşenko Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşdə bildirib.
“Rusiya Prezidenti ilə görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsi müzakirə olunacaq. Bəzi xırda məsələləri həll etsək, ticarət dövriyyəsi həcmin artırılması istiqamətində böyük irəliləyiş olar. Bizim üçün əsas məsələ budur və 2022-ci il göstərdi ki, biz bunun öhdəsindən gələcəyik”, - Lukaşenko qeyd edib.