Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.
İclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla əlaqədar referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.
Eyni zamanda hökumətin inflyasiya ilə mübarizəsi barədə fikir mübadiləsi aparılacaq.