
Bakıda qadın qardaşını bıçaqlayıb.
Hadisə Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, Püstə Məmmədova münaqişə zəminində onunla eyni evdə yaşayan qardaşı, 1970-ci il təvəllüdlü Atamoğlan Məmmədovu bıçaqlayıb.
Yaralı 4 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib, qadın saxlanılıb.
Hazırda faktla bağlı cinayət işi başlanılıb.