
Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib.
Şəhid balasına Zeyd adı verilib.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Onun bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.
Xatırladaq ki, hərbi qulluqçunun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib, hospitala çatdırılsa da, dünyasını dəyişib.