Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"İstəsə də, istəməsə də, Paşinyan hər halda üçtərəfli sazişin şərtlərini yerinə yetirəcək..."



"Yerevanda və onun hüdudlarından kənarda müəyyən dairələr var ki, onlar Rusiya və Azərbaycanı hansısa təxribat törətməklə üz-üzə qoymaq istəyirlər"


Ermənistanda Dağlıq Qarabağda Rusiya ilə Azərbaycanın toqquşmasında maraqlı olan qüvvələr var.

Bunu Rusiyanın “İnfo24” nəşrinə hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bu məqsədlə regionda Rusiya sülhməramlılarının yerləşdiyi zonada təxribatlar törətməyə cəhd edə bilərlər.

"Yerevanda və onun hüdudlarından kənarda müəyyən dairələr var ki, onlar Rusiya və Azərbaycanı hansısa təxribat törətməklə üz-üzə qoymaq istəyirlər. Onlar kifayət qədər nüfuzlu insanlardır və yaxşı mövqelərdədirlər. Onlar Moskva və Bakını  üzbəüz toqquşdurmaqda və bu bulanıq suda öz balıqlarını tutmağa çalışmaqda maraqlıdırlar. Məhz buna görə də "Dağlıq Qarabağ respublikası"nın statusu məsələsi yenə də ortaya çıxır, halbuki artıq bu barədə söhbət getməməlidir. Əlbəttə ki, bütün bunlar boş yerdən ortaya çıxmır. Erməni mühitində və erməni lobbiçiləri arasında hələ də bu kartla oynamaq istəyən müəyyən maraqlı qüvvələr var. Elə görünürdü ki, bu kart 44 günlük müharibənin nəticələrinə görə artıq çoxdan vurulub, lakin bu məsələ yenidən qaldırılır. Bu, vəziyyətin gərginləşməsini istəyən müəyyən qüvvələrin olduğu barədə fikirlər yaradır”, - deyə İ.Korotçenko bildirib.

İqor Korotçenko həmçinin güman edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli Sazişin şərtləri yenidən nəzərdən keçirilməyəcək: 

"Hər halda Paşinyan onların təftişini həyata keçirmək niyyətində deyil. Mən belə başa düşürəm ki, bu müzakirə olunanda və Putin ilə Paşinyan arasında telefon danışıqları olanda erməni baş naziri anlayıb ki, imzaladığı bütün işləri yerinə yetirəcək. Əslində, belə də oldu. Odur ki, Putinin böyük auditoriya qarşısında söylədiyi fikirlər Paşinyanı dəstəkləmək deyildi, amma Kreml ən azı onun boynuna gir bağlamaq və Paşinyanı dənizin dibinə göndərmək məqsədi güdmürdü. Bu yox idi. Paşinyana Kremlin bu cür münasibətinin nə qədər davam edəcəyi isə başqa məsələdir. O, çıxılmaz vəziyyətdədir... İndi onun qarşısında Moskva ilə bağlı loyallıqla (ən azı xarici) təmin oluna biləcək siyasi mənada sağ qalmaq məsələsi durur. Bu cür loyallığın elementlərindən biri üçtərəfli sazişin yerinə yetirilməsidir. Buna görə də istəsə də, istəməsə də, Paşinyan onu hər halda, yerinə yetirəcək". (Virtualaz.org)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də