
Ukrayna ərazisində 6 milyondan çox abonent işıqsız qalıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, noyabrın 25-i axşam saatlarında ölkənin əksər regionlarında və Kiyevdə işıqların kəsilməsi davam edib.
Zelenski Ukrayna ərazisində elektrik enerjisindən qənaətlə istifadəni davam etdirməyə çağırıb.