Braziliyanın Lajeadu-du-Buqre şəhərinin meri Roberto Masiel duş Santuş iş yerində güllələnib.
Bu barədə "Folha de S.Paulo" qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 11:00 radələrində maskalı şəxs məmurun ofisinə daxil olaraq, ona atəş açıb. Cinayətkar daha sonra hadisə yerindən uzaqlaşıb.
Mer yerindəcə keçinib, güllə yarası alan daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Roberto Masiel duş Santuş 2020-ci ildə mer seçilmişdi.