
Çinin Sincan Uyğur Muxtar rayonunun paytaxtı Urumçi şəhərində yaşayış binasında güclü yanğın olub. Hadisə nəticəsində 10 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə noyabrın 24-ü axşam saatlarında Urumçinin Tyanşan rayonunda baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər 3 saat sonra yanğını nəzarət altına ala biliblər. Bütün səylərə baxmayaraq, 10 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, yanğında xəsarət alan 9 nəfərin vəziyyəti kafi qiymətləndirilir.