Alimlər yeni tədqiqatlarında pivənin alsgeymerə səbəb olan prosesləri əngəlləyə biləcəyi qənaətinə gəlib.
Alkoqol istənilən tip demensiyanın risk faktorudur, amma arada bir qədəh pivə içənlərin beynində yaşlanma ilə bağlı deqradasiya daha az baş verir.
Pivədə alsgeymerə qarşı çıxa biləcək maddə - əsas inqridiyenti olan xmel hesab olunur. Bu maddə pivəyə spesifik dad verir. Məhz xmel beyində zülal topalarının əmələ gəlməsinin qarşısını alır.
Alsgeymer xəstəliyində beta amiloidlər bir-birinə yapışaraq topalar əmələ gətirir. Onlar sinir neyronları arasında yığılaraq onların ötürücülüyünü pozur.
Alimlər laboratoriya şəraitində pivə istehsalında geniş istifadə olunan 4 sort xmelin amiloid zülallarına təsirini araşdırıb. Xmelin təsirindən neyron şəbəkə arası zülallardan təmizlənib. Bununla da xmelin neyrodegenerativ xəstəlikləri azaltmaq üçün əsas məhsul ola biləcəyini demək olar.