İkinci Qarabağ müharibəsi zamanı Ermənistanda bir qrup yüksək vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə bir neçə məmur dindirilib.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurum dindirilən şəxslərin adlarını açıqlamayıb. Cinayət işi çərçivəsində prosesə şahid qismində cəlb olunan Baş nazir Nikol Paşinyan da dindirilib.
Qeyd edək ki, 44 günlük müharibədə ölən erməni hərbçilərin yaxınları dəfələrlə Ermənistan Baş Prokurorluğunun binası qarşısında aksiyalar keçirib, Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər.