Şəmkirdə qohumlar arasında mübahisə yaranıb, onlardan biri digərinə ov tüfəngi ilə atəş açıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun məlumata görə, noyabr ayının 24-də Şəmkir rayonu, Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, o, heç bir xəsarət almayıb.
Hadisə yerindən yayınan N.Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.