Rusiya və Ukrayna arasında növbəti dəfə əsir mübadiləsi baş tutub.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, 50 ukraynalı hərbçi azad olunub.
Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlik 50 hərbçinin azad edildiyini açıqlayıb.