Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Moldovanı qaranlığa qərq etdi


Rusiya Moldovanı qaranlığa qərq etdi 

Rusiya Moldovanı qaranlığa qərq edib.

 

Bunu Moldova Prezidenti Maya Sandu özünün "Twitter" hesabında yazıb.

 

"Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir", - o qeyd edib.

 

Moldovada elektrik enerjisinin bərpa olunacağını vurğulayan Sandu müvafiq qurumların bu istiqamətdə işlərini davam etdirdiyini deyib.

 

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku paytaxt Kişinyov da daxil olmaqla bütün ölkədə elektrik enerjisinin kəsildiyini açıqlayıb.

 

Nazir Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə çağırılacağını qeyd edib.

 

Ukraynanın “Ukrenerqo” enerji şirkəti Rusiya ordusunun raket hücumları nəticəsində bütün ölkə ərazisində su və elektrik enerjisinin kəsildiyini bəyan edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də