
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin Rusiya ərazisində görüşünə dair hazırda heç bir razılaşma yoxdur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, nəzəri cəhətdən bu görüşün Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilməsi mümkündür.
“Nəzəri cəhətdən bu mümkündür, lakin bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur”, - Kremlin sözçüsü deyib.
Qeyd edək ki, Ərdoğan suriyalı həmkarı ilə görüşün olacağını istisna etməyib.