
Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.
Bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.