
Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada baş verib.
Hadisə nəticəsində 4 azyaşlı zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, 2020-ci il təvəllüdlü Z.Musayeva dünyasını dəyişib. Daha 3 nəfər - Zeynəb Musayeva, Dərya Musayeva və Fatimə Musayevanın müalicəsi davam edir.
Hadisənin baş vermə səbəbləri araşdırılır