Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropa ölkələrindən İrana ETİRAZ


Avropa ölkələrindən İrana ETİRAZ 

İngiltərə, Fransa və Almaniya İranın nüvə proqramını daha da genişləndirmək qərarını pisləyib.

 

Bu barədə ölkələrin birgə bəyanatında qeyd olunub.

 

Bəyanatda bildirilib ki, İran Fordo və Natanz obyektlərində istehsal gücünü artırmaq üçün mühüm addımlar atıb.

 

Açıqlamada qeyd olunub ki, İranın Fordo Nüvə Zənginləşdirmə Zavodunda "hiper zənginləşdirilmiş uranın istehsalını artırmaq qərarı" xüsusi narahatlıq doğurur.

 

Qeyd edək ki, İran bu gün Fordo zavodunda uranın 60%-dək zənginləşdirildiyini bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də