Bu gün mərhum Xalq artisti Yaşar Nurinin anım günüdür.
Aktyorun həyat yoldaşı Rəhimə xanım “Səhər mərkəzi” proqramına müsahibə verib.
Xanımı Yaşar Nurinin oğurlanan əşyalarından bəhs edib:
“O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram”.
Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım “Bizi çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün” sözlərini əlavə edib.
Daha ətraflı süjetdə: