Rusiya Prezidenti Vladimir Putin və Kuba lideri Dias Kanel Bermudes Moskvada Fidel Kastronun abidəsinin açılışını ediblər.
Təntənəli mərasim noyabrın 22-də baş tutub.
Məlumata görə, üç metr hündürlüyündə olan abidə tuncdan hazırlanıb.
Bu gün ictimaiyyətə təqdim olunan abidədə Kastronun Kuba xəritəsi formasında olan qayanın üzərində dayanması təsvir edilib.
Kremldən verilən məlumata əsasən, abidə öz ölkəsində insan hüquq və azadlıqlarını müdafiə edən bir şəxsin qəhrəmanlıq yolunu əks etdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Fidel Kastro Kuba inqilabının liderlərindən biridir. O, 1959-2008-ci illərdə Kuba Nazirlər Şurasının sədri vəzifəsində çalışıb, 2016-cı ildə vəfat edib.