İngiltərənin "Mançester Yunayted" futbol komandası Kriştianu Ronaldo ilə müqaviləni pozub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qarşılıqlı razılıq əsasında tərəflər arasında əməkdaşlıq dayandırılıb. Klub portuqaliyalı futbolçuya təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini açıqlamışdı.