Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəraqrartikinti” ASC “YAŞAT” fonduna 50 000 manat vəsait köçürüb






44 gün davam edən  Vətən Müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan  Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” fonduna “Azəraqrartikinti” ASC tərəfindən 50 000 manat vəsait ianə edilib.

Səhmdar Cəmiyyətdən KIV-ə verilən açıqlamada bildirilir ki, hər zaman həyata keçirdiyi sosial məsuliyyət layihələri ilə fərqlənən  “Azəraqrartikinti” ASC şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində təşəbbüslərin reallaşdırılması kimi  nəcib və xeyirxah məqsədlərlə yaradılmış Fondun fəaliyyətinin dəstəklənməsini hər bir Azərbaycan vətəndaşının mənəvi borcu hesab edir. Açıqlamada deyilir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması yolunda canlarından keçən şəhidlərimizi hər zaman hörmətlə xatırlamaq, onların ailələrinin, döyüşlərdə yaralananların sosial müdafiəsinin təmin olunmasına köməklik etmək  hər birimizin vətəndaşlıq borcudur. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu qeyri-adi şücaət nümayiş etdirərərək  torpaqlarımızın bütövlüyünü təmin etdi. “YAŞAT” Fonduna köçürülən maddi vəsaitlə biz sosial həmrəylik nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşəcək və üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda qürurla dalğalandıracağıq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də