Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Bildirilib ki, vətəndaşlar ödənişləri müvafiq olaraq bank kartlarından əldə edə bilərlər.