
Cəlilabadda bıçaqlanma olub.
Hadisə rayonun Cəlayır kəndində baş verib.
Kənd sakini, 1981-cio il təvəllüdlü Ramil Aslanov həmkəndlisi, 1981-ci il təvəllüdlü Rahib Aslanlı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Ramil Aslanov Rahib Aslanlını bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb, Ramil Aslanov şübhəli şəxs qismində saxlanılıb.