Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
İindiyədək Azərbaycanda ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, 9973 nəfər vəfat edib, aktiv xəstə sayı 249 nəfərdir.
Son sutka ərzində 1975, hazırkı dövrədək isə 7 385 931 test aparılıb.