Türkiyənin məşhur idman jurnalisti Hıncal Uluç vəfat edib.
O, 83 yaşında dünyasını dəyişib.
İki böyrəyini itirən jurnalist bir müddət əvvəl qan zəhərlənməsinə görə müalicə olunub. Uluç, həmçinin ürəyindəki problem səbəbindən əməliyyat keçirib.
İndiyədək 10-a yaxın cərrahi əməliyyat keçirən idman yazarı İstanbul şəhərində özəl xəstəxanaların birində müalicə alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Hıncal Uluç "Sabah" qəzetində köşə yazarı, "A Spor" telekanalında isə şərhçi olub.