“Muğan Bank” ASC-nin səhmlərinin 11,58 %-nə nəzarət edən Maqbet Mehdiyev vəfat edib.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, o, 84 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin qalan hissəsi Elmir Maqbet oğlu Mehdiyevə (Müşahidə Şurasının sədri, 67,74 %), Vəfa Əhməd qızı Vəliyevaya (10,65 %) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03 %) məxsusdur.
Allah rəhmət etsin!