
Bakının Sabunçu qəsəbəsində qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb.
Bununla bağlı onun ailə üzvləri hüquq mühafizə orqanlarına müraciət ediblər.
Belə ki, 1996-cı il təvəllüdlü İbrahimova Yeganə Kərəm qızı 6 yaşlı oğlu Abbasov Ayxan Orxan oğlunu yaşadığı evdən götürüb çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşmüş şəxslərin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.