Son insident fonunda Polşa hakimiyyəti bomba sığınacaqlarının sayını artırmaq niyyətindədir.
Bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski RMF radiostansiyasının efirində bildirib.
Onun sözlərinə görə, ilin sonuna kimi sığınacaqların inventarlaşdırılması aparılacaq.
"Biz sığınacaqlar üçün yeni obyektlər tapmalı və vətəndaşlar üçün sığınacaq olacaq yerlərin sayını artırmalıyıq", - deyə nazir qeyd edib.