İsmayıllıda "Toyota" markalı avtomobil sərxoş piyadanı vuraraq öldürüb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Hadisə axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb. Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu müəyyən edilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.