Rusiya ilə hərbi münaqişə 2023-cü ilin yazında bitə bilər.
Bunu Ukrayna müdafiə nazirinin müavini general-mayor Volodimir Qavrilov "SkyNews"a müsahibəsində bildirib.
O qeyd edib ki, Ukrayna sona qədər gedəcək və ukraynalı hərbçilər bütün qışı döyüşməyə hazırdır.
“Ukrayna cəmiyyətində belə bir qərar var ki, biz sona qədər gedəcəyik. Hansı ssenarinin müzakirə olunduğunun əhəmiyyəti yoxdur”, - deyə Qavrilov vurğulayıb.
General hesab edir ki, Rusiya müvəqqəti barışıqda maraqlıdır. “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”, - deyə Ukrayna müdafiə nazirinin müavini bildirib.
O, həmçinin bildirib ki, ölkəsinin sadəcə seçimi yoxdur, çünki istənilən fasilə Rusiya ordusuna əlavə qüvvələr göndərməyə şans yaradacaq.