Noyabrın 18-i axşam saatlarında İranın Kermanşah əyalətinin Səhnə şəhərində İran İnqilabının Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin rəisi polkovnik Nadir Beyrami öldürülüb.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Səhnə şəhərinin fərmandarı Cahanbəxş Zəngənətəbar mediaya verdiyi açıqlamada polkovnikin soyuq silahla öldürüldüyünü deyib.
Onun sözlərinə görə, qətli törədənlər həbs edilərək aidiyyatı qurumlara təhvil veriliblər.
Qeyd edək ki, noyabrın 17-də Kürdüstan əyalətinin Sənəndəc şəhərində polis polkovniki Hüseyn Yusifi, İsfahanda isə polis qüvvələrinin xüsusi bölməsinin polkovniki İsmayıl Çıraği də öldürülüb.