Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda 400-dən çox etirazçı ÖLDÜRÜLÜB


İranda 400-dən çox etirazçı ÖLDÜRÜLÜB

İranda keçirilən etiraz aksiyalarında 402 nəfər həlak olub.

 

Bu barədə İran İnsan Haqları təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin 58 nəfəri yaşı 18-dən az olanlardır. 

 

Sentyabrdan başlayan aksiyalar zamanı 16 813 nəfər həbs olunub. Həbs edilən şəxslərdən 524-i tələbədir.

 

Bundan əlavə, qeyd olunub ki, ölkənin 150 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 54 əməkdaşı öldürülüb.

 

Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də