Lənkəranda yol qəzası baş verib.
Hadisə Mamusta kəndi ərazisində baş verib.
Yük motosikleti “Muravey” kənd ərazisində hərəkətdə olarkən piyada - 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.
Hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən şəxs orada vəfat edib.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.