İngiltərənin “Mançester Yunayted” komandası hücumçusu Kriştiano Ronaldonu məhkəməyə verir.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, klub bu yaxınlarda verdiyi müsahibəsində “Mançester Yunayted” haqda xoşagəlməz fikirlər səsləndirən portuqaliyalı futbolçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub.
Qeyd edək ki, Ronaldo “The Sun”a müsahibəsində “Mançester Yunayted”in xəyanətindən, həmçinin Erik ten Haaqın etdiyi hörmətsizlikdən danışıb. Portuqaliyalı futbolçu, həmçinin 2021-ci ilin yayında keçmiş komandasına qayıtmazdan əvvəl “Mançester City”yə keçməyə yaxın olduğunu deyib.
Mətbuatda yayılan xəbərlərə görə, klubun hücumçunu 1 milyon funt-sterlinq cərimə edəcəyi deyilir.