Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Körpəsini həyətə tullayan ataya 11 il 3 ay həbs verildi


Körpəsini həyətə tullayan ataya 11 il 3 ay həbs verildi

Bakıda bir yaşlı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Samir Ağakərimova hökm oxunub. O, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi keçirilən prosesdə elan olunub.

 

Xatırladaq ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, S.Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də