Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Universitetdən öldürülən tələbə ilə bağlı AÇIQLAMA


Universitetdən öldürülən tələbə ilə bağlı AÇIQLAMA

Öldürülən Tosif Nəsirov universitetimizin yaxşı oxuyan tələbələrindən biri idi.

 

Bunu Tosif Nəsirovun oxuduğu Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova qətlə yetirilən tələbə ilə bağlı danıaşrkən bildirib.

 

E.İsmayılovanın sözlərinə görə, T.Nəsirov universitetin İqtisadiyyat fakültəsində turizm işinin təşkili ixtisası üzrə 3-cü kurs tələbəsi olub:

 

“Fakültədəki müəllimlər və onun tələbə yoldaşları Tosifi sakit təbiətli, yaxşı oxuyan tələbə kimi xarakterizə edirlər. Problemli tələbə olmayıb. Kütləvi dava da tələbələr arasında yox, rayon sakinləri arasında olub. Hadisə mərhumun evinin yaxınlığındakı “playstaion”da baş verib. Tosif onu qətlə yetirən Seymur Bayramlı ilə  əvvəldən tanış olub. Onlar arasında nə üstündə mübahisə düşdüyü hələlik məlum deyil. Hazırda Prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsində,yəqin ki, hər şey daha aydın olacaq”.

 

Qeyd edək ki, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 

İş üzrə istintaq davam edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də