Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyadan qaçan Sobçak geri qayıtdı və üzr istədi


Rusiyadan qaçan Sobçak geri qayıtdı və üzr istədi

Tanınmış rusiyalı teleaparıcı Kseniya Sobçak “Rostex”in rəhbəri Sergey Çemezovdan üzr istəyib.

Kseniya Sobçak Telegram kanalında yazıb: "Həmkarlarımın hərəkətləri Sergey Viktoroviç Çemezova zərər verdiyinə görə təəssüflənirəm və ondan üzr istəyirəm".
 

“Sobçak”ın kommersiya direktoru Kirill Suxanov və “Tatler” jurnalının keçmiş baş redaktoru Arian Romanovski oktyabrın sonunda “Rostex”in rəhbərindən hədə-qorxu ilə tələb etmək ittihamı ilə həbs olunublar. Müstəntiqlərin bildirdiyinə görə, onlar Çemezovdan Telegram kanalındakı böhtan xarakterli yazıları silməyə görə pul tələb ediblər.


Xəbər agentliklərinin mənbələri bildiriblər ki, iş üzrə axtarışlar Sobçakın da evində aparılıb və o, şübhəli statusundadır. Lakin sonradan TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, müstəntiq Sobçakın şübhəli şəxs qismində cəlb edilməsi qərarını ləğv edib, ona şahid statusu verib.


Suxanovun həbsindən sonra Sobçak Rusiyadan Belarus vasitəsilə Litvaya getsə də, ötən həftə geri qayıdıb.

 

Noyabrın 15-də TASS xəbər verir ki, Sobçak “Rostex”in ofisinə gəlib və orada 40 dəqiqəyə yaxın vaxt keçirib. TASS-ın Sobçaka yaxın mənbələri jurnalistin Çemezovla “münaqişənin nizamlanması” məqsədi ilə danışıqlar apardığını bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də