Azrəbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)-nin balansında olan və olmayan yollar barədə məlumat açıqlanıb.
Qurumdan verilən məlumata görə, AAYDA-nın balansında olan avtomobil yolları, prospekt və küçələr aşağıdakılardır:
- 17 755 km magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları;
- 1 632 km Bakı şəhərinin əsas küçə və prospektləri, qəsəbədaxili bəzi küçələr.
AAYDA-nın balansında olmayan yollar, prospekt və küçələr:
- Bakı şəhərinin qəsəbədaxili küçə və yolları (bəzi küçələr istisna olmaqla);
- Respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla);
- Kənddaxili bütün küçə və yollar.
Qeyd edilib ki, sadalanan prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır.