
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın U-21 yığması yoxlama görüşünə çıxıb.
Samir Əliyevin rəhbərlik etdiyi komanda Macarıstanın U-21 yığması ilə qarşılaşıb.
Görüş macarların 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, millimiz noyabrın 20-də İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə də yoldaşlıq oyunları keçirəcək.