Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Twitter” ofislərini müvəqqəti bağladı - SƏBƏB


“Twitter” ofislərini müvəqqəti bağladı - SƏBƏB

Amerikanın “Twitter” şirkəti əməkdaşlarının kütləvi şəkildə ixtisar edilməsi səbəbindən ofislərini müvəqqəti bağlamalı olub.

 

Bu barədə "Business Insider" məlumat yayıb.

 

Qeyd edilib ki, şirkətin bütün işçilərindən ofisləri tərk etmək və noyabrın 21-nə kimi orada görünməmək tələb olunub. İddialara əsasən, rəhbərlik işçilərin təxribatından qaçmağa çalışır.

 

"Hər bir işçinin, həmçinin Twitter sistemlərinin və istifadəçi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün ofislərimiz müvəqqəti bağlanacaq, keçidlər dayandırılacaq", - şirkətin işçilərə göndərdiyi məktəbda deyilir.

 

Qeyd edək ki, şirkətin yeni sahibi milyarder İlon Maskdır. O, oktyabrın 28- də sosial şəbəkənin tam sahibi olub. İş adamı dərhal genişmiqyaslı islahatlara başlayıb və şirkətin direktorlar şurasını buraxıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də