Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər müəllimləri etiraz aksiyası keçirəcək- ŞİKAYƏT

Əməkhaqları verilməyən Kəlbəcər rayon Təhsil şöbəsinin müəllimləri etiraz aksiyası keçirəcək.
Bu haqda bir qrup Kəlbəcərli müəllimlər tərəfindən regiontv.info-ya  şikayət daxil olub.
Belə ki, müəllimlər bildirilər ki, 3 aydırki əməkhaqlarımız səbəbsiz olaraq verilmir.Bu haqda  Elm və Təhsil Nazirliyinin xəbəri olsada heç bir tədbir görmürlər. Məcburiyyət qarşısında qalan yüzlərlə müəllim vəziyyətdən çıxış yolu üçün məskunlaşdıqları ərazilərdə eləcə də Gəncədə etiraz aksiyası keçirmək istəyirlər.
Hətta bir qrup müəlim məsələnin həll edilməsi üçün məşhur vəkilimiz Əziz Qənbərliyə də müraciə ediblər.
Vəkilimizdə sosial şəbəkə vasitəsi ilə Kəlbəcər Təhsil Şöbəsini yönləndirən Namiq müəllidən də xahiş edir ki, səsləndirilən problemlərin həlli üçün müvafiq addımlar atsın.

Redaksiya olaraq bölgədə fəaliyət göstərən bəzi məktəb direktorları ilə söhbətləşib problemin nədən ibarət olmasına çalışdıq. Adının çəkilməsini istəməyən bəzi direktorlar bildirdilərki  Kəlbəcər təhsil şöbəsinin məktəblərində məqsədyönlü  dərs bölgüsü böhranı üçbatından maaşlarımız verilmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də