Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tələbələr arasında kütləvi dava ölümlə bitdi


Tələbələr arasında kütləvi dava ölümlə bitdi

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

 

Keçmiş Ələt-Astara magistralında, Lənkəran rayonunun Kürə deyilən ərazisində tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

 

İlkin məlumata görə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

Xəstəxanadan bildirilib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də