İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir.
Təbriz Azad Universitetinin tələbələri repressiv İran hökumətinə qarşı etiraza qalxıblar.
Görüntüləri “Azad İran” teleqram kanalı yayıb.
Narazı tələbələr İranın molla rejiminə qarşı “Top, tüfəng, tank ola, molla gərək rədd ola” və bu kimi digər şüarlar səsləndiriblər.