"Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılır.
Bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov açıqlama verib.
Onun sözlərinə görə, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılacaq.
Xatırladaq ki, Ukraynaya üç Qara dəniz limanından kənd təsərrüfatı məhsullarının ixracına icazə verən müqavilə noyabrın 19-dək qüvvədədir. Razılaşamaya əsasən iştirakçılardan heç biri buna qarşı çıxmazsa, onun qüvvəsi uzadılacaq.