2022-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,4 faiz artaraq 56860,8 milyon manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumatda bildirilib.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5650,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirləri 50850,8 milyon manat təşkil edib.