Rusiyanın Oryol vilayətinin Stalevy Kin kəndində neft çənində partlayış baş verib.
Bu barədə vilayət qubernatoru Andrey Klıçkov "Telegram"da məlumat yayıb.
"Bu gün səhər saat 4 radələrində pilotsuz uçuş aparatı Staleviy Kin kəndindəki neft anbarını partladıb. Tələfat yoxdur. Bütün fövqəladə xidmətlər yerində işləyir", - qubernator bildirib.
Bölgə rəsmiləri partlayışa ehtimal olunan səbəb kimi pilotsuz təyyarələrin hücumunu araşdırır.