Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,39 ABŞ dolları və ya 1,43% azalaraq, 95,9 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.